Serj Sərkisyanın Respublika Partiyasının mövqeləri zəifləməyə başlayıb
Axar.az xəbər verir ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra partiyanı tərk edənlərin sayı artıb.
İndiyə qədər bəlli olan partiyanı 6 nəfərin tərk etməsidir: artıq Arman Saakyan, Artur Gevorkyan, Samvel Aleksanyan, Artak Sərkisyan, Feliks Çolakyan və Şirak Torosyan Sərkisyanla yollarını ayırıb.
Dünən parlamentdə yeni hökumətin proqramının qəbulu zamanı məhz bu şəxslər keçmiş partiyalarına qarşı çıxaraq yeni hökumətin mövqeyini dəstəkləyiblər. Lakin ən maraqlı məqam Respublika Partiyasının üzvü olan bəzi deputatların da yeni hökumətlə eyni mövqe nümayiş etdirməsi olub. Belə ki, Respublika Partiyasının digər deputatlarından fərqli olaraq, Taçat Vardapetyan (biznesmen), Manvel Qriqoryan (ehtiyatda olan general), Sedrak Saroyan (ehtiyatda olan general), Arsen Mixaylov (rus icmasının nümayəndəsi), Knyaz Həsənov (kürd icmasının nümayəndəsi), Miqran Poqosyan (iş adamı, ehtiyatda olan ədliyyə generalı), Akop Bəyləryan (iş adamı), Araik Qriqoryan (iş adamı), Naapet Gevorkyan (iş adamı), Arkadi Ambartsumyan (iş adamı), Aşot Arsenyan (iş adamı) və Akop Akopyan (iş adamı) Nikol Paşinyanın proqramını dəstəkləyib. Məhz bunun sayəsində Paşinyan parlamentdə 62 deputatın səsini toplaya bilib.
Diqqəti Respublika Partiyasının əleyhinə çıxan deputatların böyük hissəsinin keçmiş hərbçi və iş adamları olması çəkib. Bundan öncə respublikaçıların sıralarını tərk edənlər də bu kateqoriyaya üzv şəxslərdir.
Dünənki son səsvermədən sonra Respublikaçılar Partiyasının parlamentdəki üstünlüyü de-fakto məhv olub. Partiyanın parlamentdə sadiq üzvlərinin sayı faktiki olaraq 40-a düşüb. Partiyanı tərk edənlərin sayına isə daha 12 nəfər əlavə olunub ki, onlar rəsmən istefa verməsələr də, artıq mövqeləri ortadadır.
Qeyd edək ki, Paşinyan hakimiyyətə gəldiyi zaman Respublikaçılar parlamentdə 58, Yelk Bloku 9, Daşnaksütyun 7, Çarukyan Bloku isə 31 deputat mandatına sahib idi.
Digər xəbərlər
loading...