İyunun 14-də Rusiyanın paytaxtı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 78-ci iclası keçiriləcək
MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətindən "Report"un Rusiya bürosuna verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Baş nazirin birinci müavini Yaqub Eyyubov başçılıq edəcək.
MDB İqtisadi Şurasının növbəti iclasının gündəliyinə MDB ölkələrinin iqtisadiyyat və energetika sahələrində əməkdaşlığının geniş spektrli məsələləri daxildir. İclasda 2017-ci ildə MDB ölkələrinin iqtisadiyyatının inkişafının əsas makroiqtisadi göstəriciləri müzakirə mövzusu olacaq. İqtisadi Şuranın üzvləri 2020-ci ilədək MDB-nin İqtisadi İnkişaf Strategiyasının və onun üçüncü mərhələsinin (2016-2020) reallaşdırılması üzrə Fəaliyyət Planının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparacaq.
Görüş iştirakçıları nüvə qəzası və ya radioloji qəza vəziyyəti baş verəcəyi təqdirdə, MDB ölkələrinin əməkdaşlığı və onların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı yardım haqqında saziş layihəsini, eləcə də enerji sahəsində yüksək texnologiyalı avadanlıq istehsalının inkişafı üzrə MDB ölkələrinin Əməkdaşlıq Konsepsiyası layihələrini nəzərdən keçirəcəklər.
Digər xəbərlər
loading...