“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Biriliyi mentor müəllimlərin hazırlanması ilə bağlı layihənin icrasını başa çatdırıb.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Biriliyinin sədri İradə Nəsirovanın saytımıza verdiyi məlumata görə, “Əqli və fiziki qüsurlu uşaqların məktəbəqədər təhsil fəaliyyətinə cəlb olunması” layihəsi Saatlı, Sabirabad və İmişli rayonlarında həyata keçirilib:
“Layihə çərçivəsində bu rayonlarda geniş maarifləndirmə işləri aparılıb, dərslər keçirilib. Müəllimlər, valideyinlər, ictimai fəallarla görüşlər təşkil edilib. Layihənin əsas məqsədi əqli və fiziki qüsurlu uşaqların məktəbəqədər təhsil almasına yardımçı olmaqdan ibarət idi. Layihənin həyata keçirilməsində yerli bələdiyyələr, icra nümayəndələri və məktəb rəhbərləri QHT-yə hər cür dəstək göstəriblər. Layihə çərçivəsində azyaşlı uşaqlar üçün xüsusi təlim proqramı çərçivəsində keçirilən dərslər də başa çatıb. Dərslər Təhsil Nazirliyinin təsdiq etdiyi məktəbəqədər hazırlıq təhsil proqramı əsasında həyata keçirilmişdir. Layihənin əsas təlimçi müəllimi Saatli rayon Hacıqasımlı kənd orta məktəbinin müəllimi Aynur Qarayeva olub”.
MilliYol.Az
Digər xəbərlər
loading...