Kibertəhlükəsizlik sahəsində çalışan “Carbon Black” şirkətinin məlumatına əsasən, 2018-ci ilin əvvəlindən bu yana 1,1 milyard dollar həcmində kriptovalyuta oğurlanıb
Lent.az-ın “Anycoin” nəşrinə istinadən məlumata görə, burada söhbət cinayətkarlardan qruplaşmalardan deyil, adi istifadəçilərdən gedir.
Çox vaxt kiberhücumlara kriptobirjalar məruz qalıb. Onların payına 27 faiz düşür. Hücumların 21 faizi şirkətlərə hücumlarla bağlıdır. Bu zaman şirkətlərin daxili sistemləri sındırılıb və əvəzində onlardan kriptovalyuta ödənilməsi tələbi irəli sürülüb.
“Bittcoin”lərə hakerlərin 10 faizi üstünlük verib. “Ethereum”u 11 faiz, “Monero”nu isə 44 faiz bəyənir. Coğrafiyaya gəldikdə isə, daha çox hadisə ABŞ-da baş verib. Burada qarətlərin həcmi 24 faiz olub. Bu müddət ərzində Çində 10 faiz, Böyük Britaniyada isə 8 faiz qarət baş tutub.
Proqramı sındırmaq üçün zərərverici proqram təminatının hər birinin qiyməti 1,04 dollar səviyyəsindən başlayır. Orta hesabla o, 224 dollara başa gəlir və istifadəçi dəstəyinə malikdir. Orta hesabla hər bir bazarı “Carbon Black” şirkətdə 6,7 milyon dollar dəyərləndiriblər.
Qeyd edək ki, belə oğurluqlarla çox vaxt hər cür qazan üsulu axtaran işsiz mühəndislər, həmçinin mütəşəkkil qruplaşmalar məşğul olurlar.
Digər xəbərlər
loading...