Son 4 ildə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı 68 faiz artıb
“Qafqazinfo” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. O, bildirib ki, ilkin təhlillərə əsasən, 1118 elmi tədqiqat işinin təxminən 43 faizi ali məktəblərin payına düşüb. Yalnız Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimləri tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən çox dərslik və dərs vəsaiti nəşr olunur.
C.Bayramov əlavə edib ki, 2017-ci ildə ali məktəblər tərəfindən AMEA-ya fundamental elmi tədqiqatlara 152 mühüm nəticə təqdim olunub: "AMEA ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanılıb.
Magistratura səviyyəsində təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi və tələbə təqaüdlərinin məbləğinin artırılması nəticəsində ali məktəblərin magistraturasına qəbul olanların sayı əvvəlki illə müqayisədə 36 faiz, qəbul olan oğlanların sayı isə 74 faiz artıb".
C.Bayramov deyib ki, son illər doktorantura təhsilin təkmilləşdiril məsi üçün əhəmiyyətli işlər aparılır: "Hazırda ölkə üzrə doktorantura üzrə təhsil alan 3307 nəfərdən fəlsəfə doktoru üzrə təhsil alanların 65 faizi, elmlər doktoru üzrə təhsil alanların 50 faizi ali təhsil müəssisələrinin payına düşür. Ölkə Prezidentinin təşəbbüsü ilə reallaşdırılan "Xaricdə təhsil üzrə Dövlət Proqramı " çərçivəsində dünyanın aparıcı universitetinlərinə göndərilən 3568 nəfərin 63 faizi magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər olub".
Digər xəbərlər
loading...