ABŞ-la fikir ayrılıqları öz həllini tapmayana qədər Fransa iyunun 8-9-da Kvebekdə keçiriləcək G7 sammitində qrup ölkələrinin birgə bəyannaməsini imzalamayacaq
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Bloomberg agentliyinə Fransa Prezidenti Emmanuel Makron administrasiyasının adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.
Onun verdiyi məlumata görə, Fransa Prezidentinin birgə bəyannaməni imzalaması üçün İranla nüvə sazişi, ABŞ-ın Avropa İttifaqından, Kanadadan və Meksikadan alüminium və polad ixracına tətbiq etdiyi gömrük rüsumları, həmçinin iqlim üzrə Paris sazişi kimi əsas məsələlərdə razılıq əldə olunmalıdır.
Makronun fikrincə, “Yeddilər” qrupunun digər ölkələri – Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa, İtaliya və Kanada ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı qərarına qarşı birlikdə çıxış etməlidir.
Qeyd edək ki, Fransa Prezidenti G7 sammitindən iki gün öncə Kvebekə gələrək Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb. Fransa və Kanada liderləri əsas beynəlxalq problemlərin həllində “çoxtərəfli yanaşmadan” istifadə olunmasının vacibliyini vurğulayıblar. Trüdo, həmçinin Vaşinqtonun Avropa, Kanada və digər xarici tərəfdaşlarına qarşı başladığı ticarət qarşıdurması səbəbindən qarşıdakı sammitdə Trampla “çətin müzakirələrin” gözləndiyini deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...