Xalqla canlı yayıma çıxan Putin Ukrayna ilə bağlı verilən sərt suala eyni sərtliklə cavab verib
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, özünü “Donetsk Xalq Respublikası”nın rəsmisi kimi təqdim edən Zaxar Prilepin Ukraynanın Dünya Çempionatı müddətində Donbas regionunu geri qaytarmaq üçün hücuma keçə biləcəyindən sual verib.
“Bizdə belə bir hiss var ki, Ukrayna Dünya Çempionatının davam etməsindən faydalanaraq, aktiv hücum əməliyyatlarına başlayacaq”.
Putin isə bu kimi hallarının olmayacağına ümid edib.
“Amma əgər buna etsələr, düşünürəm ki, Ukrayna dövlətçiliyi üçün çox ağır zərbə alacaqlar. Yenə deyirəm, ümid edirəm ki, bu olan deyil”.
Putin Donetsk və Luqansk Respublikalarına dəstəyi davam etdirəcəyini də vurğulayıb.
Digər xəbərlər
loading...