Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 6-da polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb.
Belə ki, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyevə məxsus həyətyanı sahədən 12 ədəd, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mövsüm Quliyevə məxsus həyətyanı sahədən 11 ədəd, Naftalan ŞPŞ-nin əməkdaşları şəhər sakini Elçin İsmayıova məxsus həyətyanı sahədən 14 ədəd, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Abdulrəhim Axundova məxsus həyətyanı sahədən 10 ədəd, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Artupa kənd sakini Mahir Quliyevə məxsus həyətyanı sahədən 26 ədəd, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları isə Qarğalıq kəndinin ərazisində Xaçmaz şəhər sakini Seyfəl Xasməmmədov və Tofiq Zeynalov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürüblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
Digər xəbərlər
loading...