Kənizlər çox vaxt hündür, bağlı divarlar arxasında öz sultanını məcburi şəkildə əzizləyən bədbəxt əsirlər kimi assosiasiya olunur. Amma, əslində...
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tarixi xronikalarda kənizlər haqqında tamam başqa faktlar yazılıb. Əlbəttə ki, hərəmxanalarda iyerarxiya, ədavət və intriqalar olub. Lakin o dövrlərdə hərəmxanalara öz istəyi ilə düşməyə can atan qızlar da olub.
Şərq knyazları qızlarını hərəmxanaya özləri satırdılar. Qəribə olsa da, hərəmxanalar əvvəlcə şərq knyazlarının qızlarının hesabına dolub. Knyazlar ümid edirdilər ki, qızları sultanın həyat yoldaşı ola biləcək. Üstəlik, valideynlər qızlarının mülkiyyət hüquqlarından imtina etdiyinə dair kağız imzalayırdılar.
Kənizlər hərəmxanalarda etiket, rəqslər, musiqi və kişiyə zövq verən digər bacarıqları öyrənirdilər. Qızlar bir il burada qaldıqdan sonra onları böyük vəzirə göstərirdilər. Qızlar arasından yalnız ən gözəlləri sultanın otağına düşə bilirdi.
Hərəmxanadakız qızlar hər ay maaş alırdılar. Bundan başqa, səxavətli sultanlar bayramlarda qızlara bahalı hədiyyələr alırdı. Qaydalarına görə, əgər hərəm 9 il hərəmxanada qalıbsa və bu illər ərzində sultanın həyat yoldaşı olmayıbsa, onda hökmdar layiqli ər tapması üçün azadlıq verirdi.
Əgər sultan gecəni kənizlə keçirmək istəyirdisə, onda ona əvvəlcədən hədiyyə göndərərdi. Xidmətçilər qızı hamamda yuyunduar və ən gözəl donunu geyindirib sonra da sultanın otağına göndərərdilər. Hökmdar yatandan sonra kəniz iməkləyərək onun çarpayısına qədər gəlməli və gözlərini qırpmadan onun yanında uzanmalı idi. Əgər qız sultanın xoşuna gələrdisə, onda o, hökmdarın əmri ilə aşağı otaqlardan birinə köçürdü.
Şərq hərəmxanasında ciddi iyerarxiya var idi. Əgər məşuqə hamilə qalarsa, o, "xoşbəxtlər" rütbəsinə yüksəlirdi. Sarayda belə qadınlar üçün də xüsusi otaq ayrılırdı. Bundan əlavə, onlara 15 adda yeməklər təqdim edilirdi.
Sultandan başqa hərəmxanada yalnız hərəm xidmətçiləri ola bilərdi. Əgər kənizlərdən biri sultanın həyat yoldaşı olardısa, onda ona yeni parçalar, qızıl-zinət əşyaları və yazılı şəhadətnamə göndərərdilər. Sultandan bir neçə uşağı olan qadınlar hürrəm adlanırdı. Arvadını ilk dəfə Sultan Süleyman hürrəm adlandırıb.
Hətta hərəmxanada sultanın otağına daxil olmaq üçün kənizlərin və həyat yoldaşlarının xüsusi cədvəli tutulurdu. Məsələn, hökmdar cümə və şənbə günündə öz həyat yoldaşlarından birini qəbul etməli idi. Əgər o, ardıcıl olaraq 3 həftə ərzində görüşə gəlməsəydi, onda sultanın hakimə şikayət etmək hüququ var idi.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...