Rusiya Suriya böhranında keçmiş sovet respublikalarından özünə dəstək təmin etməyə çalışır
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, Rusiya artıq bununla bağlı keçmiş müttəfiqlərinə təklif verib: “MDB ölkələri müdafiə nazirlərinin konfransında çıxışı zamanı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu MDB ölkələrindən Suriyada sülhyaratma missiyasında iştirak etmək üçün ordu göndərməsini istəyib.
Rusiya çalışır ki, Suriya münaqişəsində MDB ölkələrini öz yanına alsın, ABŞ-a qarşı yeni format qursun. Amma ABŞ-la ikitərəfli əlaqələrə malik olan MDB ölkələrinin Suriyada Putinin “batan gəmisinə” minəcəkləri real görünmür. Çünki Suriya böhranı çox ciddi problemdir, burada böyük geosiyasi maraqları olan supergüclərin müharibəsi gedir.
Hesab edirəm ki, Şoyqunun bu təklifi ölkəmizə də şamil edilib. Azərbaycan isə Kosovo, Əfqanıstan və İraqda sülhmərəmlı qüvvələri ilə təmsil olunub. Bu təmsilçilik ölkəmizin beynəlxalq konyukturada mövqeyinin möhkəmlənməsinə şərait yaradıb.
Buna görə də, Rusiyanın bu təklifinin müsbət mənada səmərə verəcəyini düşünmürəm. Hesab edirəm ki, heç MDB ölkələri də, Rusiyanın bu təklifinə isti baxmayacaqlar”.
Digər xəbərlər
loading...