Yaponiyanın Tohoku Universitetinin mühəndislər qrupu su reaktiv şırnaqları vasitəsilə havada asılı qalan uçan robot yanğınsöndürən yaradıb
AZƏRTAC “NEWSru” resursuna istinadla xəbər verir ki, qeyri-adi robot su üçün şlanq və ucluqlara malik modullardan ibarətdir. Əsas modul şlanqın sonunda quraşdırılıb və həm şlanqın havada saxlanılması, həm də yanğının söndürülməsi üçün istifadə olunur. Yanğınsöndürənlərə daha uzun şlanq tələb olunacağı təqdirdə ona əlavə idarəetmə modulları quraşdırmaq mümkün olacaq.
Bildirilir ki, şlanqı havada stabilləşdirmək üçün mühəndislər dəstəklənən şırnaqların intensivliyini dəyişməyən və onların istiqamətini bəzi ucluqlarda elektromotorlar vasitəsilə tənzimləyən idarəetmə sistemi yaradıblar.
Bundan başqa, şlanqın hər 40 santimetrində öz hərəkətini yüksək dəqiqliklə izləyən inersiyalı modullar quraşdırılıb. Onlar vasitəsilə idarəetmə alqoritmi robotun bütün seqmentlərinin vəziyyətini müəyyənləşdirir və ucluqları döndərməklə hərəkəti kompensasiya edir.
Digər xəbərlər
loading...