“Bakı Metropoliteninin “Bakmil” stansiyasında təmir işləri aparılsa da, stansiya sərnişinlərin üzünə açıq olacaq”
Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, stansiyada təmir işləri mərhələli şəkildə aparılacaq:
"Biz çalışacağıq ki, stansiya təmir zamanı bağlanmasın. Çünki metronun əsas vəzifəsi sərnişin daşımaq, onların təhlükəsiz daşınmasını təmin etməkdir. Buna görə də stansiyanın təmirinin sərnişinlərə mane olmamasına çalışırıq". (trend)
Digər xəbərlər
loading...