"Lisey və gimnaziyaların I sinfinə qəbulun seçim meyarlarının vahid qaydada aparılması planlaşdırılır"
Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
O bildirib ki, bəzi liseylərin I sinfinə qəbul 30, digər liseylərin I sinfinə qəbul 50 bal əsasında aparılır: "Bundan əlavə, bəzi liseylər 2-3 mərhələli müsabiqələr keçirir. Liseylərin I sinfinə qəbul üçün müxtəlif seçim meyarları mövcuddur. Lakin bizim məqsədimiz odur ki, bütün liseylərin I sinfinə şagird qəbulu vahid meyarlarda aparılsın. Bu istiqamətdə işlər aparılır. Gələn ildən liseylərin I sinfinə şagird qəbulu birmənalı olaraq vahid meyarlarda aparılacaq".
Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi sisteminə daxil olan liseylərin I sinfinə şagird qəbulu hələ 2 il əvvəl mərkəzləşmiş qaydada aparılır.(apa)
Digər xəbərlər
loading...