Amerika Birləşmiş Ştatlarının (ABŞ) NATO-dakı daimi nümayəndəsi xanım Key Beyli Hatçison bəyan edib ki, alyans Makedoniyanı Rusiyanın təcavüzündən qorumaq üçün mümkün olan hər şeyi edəcək – baxmayaraq ki, bu Balkan ölkəsinin ad məsələsinin həll olunmadığına görə, alyansa qəbul olunması proseduruna hələ də başlanmayıb
Makedoniya və Yunanıstan arasında ad mübahisəsi demək olar, 30 ildir davam edir və Makedoniyanın NATO və Avropa İttifaqına qəbul edilməsinə mane olur. Yunanıstan tələb edir ki, yunan vilayəti (Makedoniya) ilə qarışıq salınmaması üçün Makedoniya dövlətinin adı dəyişdirilsin.
Skopye Avropa İttifaqına daxil olmaq üçün iyunda, NATO-ya dəvət üçün isə iyulda danışıqlara başlanmasını gözləyir.
«Əgər, NATO ölkələri sammitinə qədər adla bağlı problemi həll etmək mümkün olmasa və uyğun olaraq, qəbul proseduru başlana bilməzsə, o zaman biz bu ölkəni zərərli təsirlərdən qorumaq istiqamətində işləri davam etdirəcəyik. Bizim, Makedoniya ilə sıx işgüzar münasibətlərimiz var və biz hamımız NATO-da Makedoniyanı Rusiya tərəfdən gələn məhvedici təsirlərdən qorumaq üçün mümkün olan hər şeyi edəcəyik – istər hibrid müharibə olsun, istərsə də digər fəaliyyət…» – deyə, amerikalı nümayəndə telefonla keçirilən brifinqin gedişində bildirib. (azpolitika.info)
Digər xəbərlər
loading...