Rüşvət alarkən hərbi prokurorluq tərəfindən yaxalanan polkovnik Yunis Əsgərov çətin vəziyyətlə üzləşdiyi deyilir
SHXÇDX-da mənimsənilən 700 min manatda Arzu Rəhimovla bərabər Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik Yunis Əsgərovun da payı olduğu iddia olunur
SHXÇDX-da mənimsənilən 700 min manatda Arzu Rəhimovla bərabər Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik Yunis Əsgərovun da payı olduğu iddia olunur
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən saytımıza daxil olan məlumata görə qurumda ciddi probllemlər çıxmaqda davam edir. Arzu Rəhimovun qurumunda daxili təhqiqatlar şöbəsinin vəzifəsini daşıyan Yunis Əsgərovun tibbi ləvazimatlar üçün dövlət tərəfindən ayrılaan 700 min manat vəsaiti SHXÇDX rəisi ilə birlikdə mənimsədikləri deyilir.
Qurumdan azfakt.com-a verilən məlumatda deyilir ki, Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik Yunis Əsgərov Arzu Rəhimova arxayın olaraq rayon şöbələrinin rəislərini açıq aşkar şantaj edərək onlardan külli miqdarda pul alır. Belə ki, SHXÇDX-nın rayon şöbələrindən baş idarəyə daxil olan şikayətləri araşdıraraq “ciddi bir sübuta” çevirən Yunis Əsgərov vəzifəsindən sui istiadə edərək şöbə rəislərindən hər ay rüşvət tələb etdiyi iddia olunur.
SHXÇDX-kı mənbəmizin verdiyi məlumatda qeyd olunur ki, Yunis Əsgərov demək olar rayon şöbələrinin əksəriyyətini aylıq alır. Bu isə SHXÇDX-nın rayon şöbələrin rəislərini çağırışçıların valideynlərindən alınan rüşvəti artırmağa sövq edir. Nəticədə isə orduya kasıb insanların xəstə uşaqları cəlb olunur. Məlumata görə hər rayon şöbəsinin rəisi hər ayın axırında Daxili Təhqiqatlar İdarəsi rəisi, polkovnik Yunis Əsgərova 300 manat göndərməlidir.
Məlumatda qeyd olunur ki, Daxili Təhqiqatlar İdarəsi rəisinə ayda rüşvət göndərən şöbələrdən gələn hər hansı bir şikayətə baxılmır. İnformasiya mənbəmiz bildirir ki, Yunis Əsgərovla anlaşmayan şöbə rəislərinə qarşı çox amansızdır. Hətta onun bir çox şəxslərinin səsini yazması və həmin səs yazısını SHXÇDX rəhbəri Arzu Rəhimova dinlətdiyi deyilir.
Ancaq polkovnik Yunis Əsgərovun əməlləri bununla bitmir. Rayon şöbələrində baş verən qanunsuzluqların demək olar ki, əksəriyyətini Daxili Təhqiqatlar İdarəsinin rəisi rüşvət qarşılığında ört basdır edir. Buna misal olaraq Masallı rayon hərbi komisarlığında baş verənləri göstərmək olar. Mənbənin iddasına görə SHXÇDX Masallı rayon şöbəsində baş verən cinayət işini ört basdır etmək üçün polkovnik Yunis Əsgərov 60 min manat rüşvət alıb. Bundan başqa məlumatda bildirilir ki, polkovnik Yunis Əsgərov SHXÇDX Şəmkir rayon şöbəsindən rüşvət alarkən tutulub və hazırda həmin iş hərbi prokurorluqda tədqiqatdadır.
Mənbəmiz bildirir ki, SHXÇDX-da tibbi ləvazimatların adı altında mənimsənilən 700 min manat yeyintidə də polkovnik Yunis Əsgərovun da əli var. Amma polkovnik bu vəsaitin bir hissəsini mənimsədiyini əsas vəsaitini rəis Arzu Rəhimova çatdığını açıq aşkar deyir. “Görünür işinin hərbi prokurorluqda olması polkovnik Yunis Əsgərovu çətin vəziyyətə salmaqla bərabər həmçinin stresə də salıb və belə bir məqamda onun rəisi Arzu Rəhimovu satmayacağı isə naməlumdur. Çünki etdiyi yüzlərlə qanunsuz əməllərdən qazandığı milyonlarla pulu təkbaşına yemədiyi məlumdur. Bu qazancın bir hissəsinin Arzu Rəhimova çatdığını hər kəs yaxşı bilir”, deyə mənbə qeyd edib.
Qeyd edək ki, SHXÇDX-nın Daxili Təhqiqatlar Şöbəsinin rəisi Yunis Əsgərovun Şəmkirdə necə rüşvət alması və necə ilişməsi, həmçinin polkovnikin digər əməlləri barədə yaxın günlərdə daha ilginc məlumatlar verəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
"Milli Yol"
Digər xəbərlər
loading...