Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı keçirilir
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.
Murad Məmmədov (60 kq) və Kərim Cəfərov (67 kq) hərəyə bir görüş, Eltun Vəzirzadə (82 kq) isə 2 görüşü qələbə ilə başa vursa da, 1/4 finalda məğlub olub. Rəqiblərin finala yüksəlməsi ilə güləşçilərimiz təsəlliverici görüşlərə qatılıb. Hər üç güləşçimiz təsəlliverici görüşləri qələbə ilə tamamlayaraq bürünc medal görüşünə haqq qazanıb.
Murad Məmmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) həlledici görüşdə qələbə qazanaraq çempionatın bürünc medalına sahib olub.
Digər xəbərlər
loading...