“İyun ayının 5-də Zaqatala rayonunda qeydə alınan 6 ballıq zəlzələdən sonra indiyədək ölkə ərazisində 100 afterşok baş verib”
Bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
O bildirib ki, zəlzələ olan bölgədə hələ vəziyyətin sabitləşdiyini demək olmaz: "Mütəxəssislər ərazidə tədqiqat aparırlar. Tədqiqatların nəticələri analiz olunandan sonra dəqiq fikir söyləmək olar. Təbii ki, ərazidə gərginlik var, yenidən afterşokların olması da mümkündür".
Qeyd edək ki, iyun ayının 5-də yerli vaxtla saat 22:40:27-də Zaqatala stansiyasından 16 km cənubda Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin davam etmə müddəti 28 saniyə olub.
Zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub. Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn S.Qandaxov insult keçirərək vəfat edib. S.Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub. Qax şəhər sakini 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax MRX-a yerləşdirilən Gülər Durmuşzadəyə lazımi tibbi yardım göstərilib.
Digər xəbərlər
loading...