Bakı Slavyan Universitetinin yeni rektoru Nurlana Əliyevanın göstərişi ilə universitetin tarixi mozaikalarının söküntüsü işi başa çatıb.
MilliYol.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış hüquqşünas Aslan İsmayılov yayıb.
Aslan İsmayılovun fikirlrin təqdim edirik:"Dünən Slavyan Universitetinin qarşısından keçdim. Rektor Nurlana Əliyeva istədiyini elədi. Dərə xəlvət, tülkü bəy prinsipinə uyğun ara sakitləşən kimi ramkaya alıb aqlayladığı sənət incisini, universitetin tarixini əks etdirən mozaikanın qalan hissəni də sökdürdü. Belə baxanda düz də elədi. Çünki bunu tək Aslan İsmayılov və beş, on nəfər yox, ilk növbədə həmin təhsil ocağında çalışan professor, müəllim heyəti və tələbələr də tələb etməli idilər!
Bundan sonra Nurlana Əliyevanın həmin müəllim, professor heyətinin və tələbələrin qanını içməyə belə haqqı var. Bundan sonra orada baş verəcək haqsızlıqlara qarşı onların heç birinin etiraz etmək haqqı yoxdur".
Qeyd edək ki, mozaikaların sökünütüsü sosial şəbəkələrdə böyük narazılıq yaratmışdı. Universitet rəhbərliyi bunu təhlükəsizlik baxımından etdiklərini desələr də, amma bu fikirlər cəmiyyət tərəfindən birmənalı qəbul edilmirdi.
MilliYol.Az
Digər xəbərlər
loading...