'Şəhid vərəsələrinə birdəfəlik ödənişin edilməsi üçün yaradılan yeni qaydalar 11 min manatın 1-dən artıq vərəsə arasında bərabər və şəffaf bölünməsinə imkan yaradacaq"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminan şöbəsinin müdiri Fuad Hüseynov deyib ki, şəhid ailələrinə birdəfəlik ödəmələrin vaxtında edilməsi üçün işlər sürətlə davam etdirilir və avqust ayının əvvəlinə qədər şəhid ailələrinin ümumiləşdirilmiş siyahısı və onlar haqda məlumatlar 3 dövlət qurumu-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək.
Şəhid ailələrinin indidən hər hansı bir dövlət qurumuna, xüsusən də notariat orqanlarına müraciət etmələrinə ehtiyac yoxdur. Çünki notariat orqanları tərəfindən vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlərin verilməsi yalnız nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək. Bu siyahının isə sentyabr ayının ortalarında nazirliyin rəsmi saytında dərc edilməsi planlaşdırılır. Bu tarixdən etibarən vərəsəlik hüququ təsdiq edilən şəxslərin birdələlik ödəməni alması üçün yalnız notariat orqanlarına müraciət etməsi kifayət edəcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin şəhid vərəsələrinə birdəfəlik ödəmələrin edilməsi üçün 19 apreldə imzaladığı fərman 1997-ci il avqustun 2-dək şəhid olan vətəndaşların ailələrinə şamil edilir. Ilkin hesablamalara görə, bu fərman 9 minə yaxın şəhid ailəsinə şamil ediləcək ki, bu da 100 milyon manatdan çox vəsait deməkdir. /xezerxeber.az
Digər xəbərlər
loading...