Maha Hilal, Dərəxşan Raca
“Huffington Post”
Ötən il buna razılıq vermədikdən sonra Ağ Ev prezident Donald Trampın çərşənbə günü Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edəcəyini açıqlayıb.
Trampın iftarı barədə açıqlama, yeni təsdiq olunmuş dövlət katibi Mayk Pompeo və milli təhlükəsizlik müşaviri Con Bolton da daxil olmaqla, yüksək səviyyəli hökumət mövqelərinə antimüsəlman bürokratların təyin etməsi zamanı ilə üst-üstə düşür.
İslama nifrət qruplarına sıx bağlı olan Pompeo Amerikanın müsəlman liderlərinə laqeyd yanaşan, onları təhqir və sonra da iddialarını təkzib edən sübutları etiraf etməkdən imtina etmiş şəxsdir.
Trampın yeni CIA direktoru Jina Haspel isə daha əvvəl iki müsəlmana işgəncə verməsi ilə tanınır.
Bu iftar, həmçinin müsəlman qaçqınlara ABŞ-a giriş qadağası barədə, altında Trampın imzası olan icra əmrlərindən birinin Ali Məhkəmənin müzakirəsi ilə eyni vaxta təsadüf edir.
Müsəlmanlara qarşı sui-istifadə halları, xüsusən də 9/11-dən sonra, yəni Tramp administrasiyasından öncə oğul-Buş administrasiyası dövründə geniş yayılıb və prezident Barak Obamanın dönəmində daimiləşib.
İslamofobiyanın sistemli və təsisatlı anlamı daha təhlükəli aspektdir. O, bir neçə şəxsin qeyri-hüquqi hərəkətinə görə bütün müsəlman icmasının məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.
Məhz buna görə dörd il əvvəl də prezident Obamanın verdiyi iftarın boykot edilməsinə çağırırdıq.
Ancaq Tramp administrasiyasının açıq-aydın irqçi, ksenofob və islamofob siyasəti ABŞ hökumətinin müsəlmanlara qarşı yeni alçaldıcı münasibətinin göstəricidir.
Dörd il əvvəl şahid olduğumuz və etiraz etdiyimiz şərtlərin çoxu hazırda daha da pisləşib. Bu, ABŞ hökumətinin Fələstin xalqının İsrail hökumətinin dövlət zorakılığına məruz qalması, onilliklərdə əsarətdə olan, haqqını tələb edən fələstinlilərin etirazına susqun mövqeni və ABŞ səfirliyinin Qüdsə köçürülməsini də ehtiva edir. Həmçinin Quantanamo həbsxanalarının saxlanılmasını.
Bu ayın başlanğıcında Tramp Amerikada bütün müsəlmanlara xoşbəxt Ramazan diləyən bir mesaj göndərib. Ancaq bundan bir neçə gün əvvəl o, müsəlmanlar haqqında əvvəllər işlətdiyi qərəzli sözlərini geri götürməkdən imtina edib və üzr istəməyəcəyini söyləyib. Buna müsəlmanların hökumətin məlumat bazasında icbari qeydiyyatdan keçməsi fikrinə “tam dəstəy”i də əlavə edilməlidir.
Ötən il o, uzunmüddətli ənənəni pozub və iftar süfrəsi açmaqdan vaz keçib. Daha sonra dövlət katibi Reks Tillerson ötən il əməkdaşlarının Fitr bayram bayramına ev sahibliyi etmək tələbini rədd edib.
Prezident Donald Tramp keçən il ənənəni qırmazdan əvvəl sabiq üç prezident Ramazan ayında illik iftar süfrələrinə ev sahibliyi edib.
Adətən, müsəlmanlar nifrət və siyasi baxışlara görə şiddət qurbanlarına çevrilməsi, hüquq-mühafizə orqanları tərəfindən, zənci müsəlmanlar da daxil olmaqla, “rənglilər”in öldürülməsi, sənədsiz müsəlman qaçqın icmalarının deportasiyasında artım, uşaqların ABŞ-a gəlişinə dair təxirə salınan hərəkətlər və müvəqqəti qorunma statusunun ləğvi proqramları, müsəlman ölkələrindən qaçqınların qəbuluna qadağa və xaricdəki müharibələrin artması nəzərə alınmaqla, Ağ Evdəki iftar yeməyində iştirak – prinsipsizlikdir.
Bu faktları nəzərə alaraq, biz dəvətliləri Ağ Evin iftar məclisində iştirakdan çəkinməyə çağırırıq. Mövcud şərtləri dəyişdirmək əvəzinə, onlar administrasiyanın kövrək icmalara qarşı möhürlənmiş cinayətlərinə şərik olmuş olurlar.
Bəziləri deyirlər ki, Ağ Evdə iftar məclisi müsəlman liderlərinə administrasiya ilə konstruktiv işləmək üçün nadir bir şans ola bilər. Ancaq hakimiyyətlə əməkdaşlıq prinsipial olmalıdır. Biz müsəlman cəmiyyətləri ilə dialoq aparmaq və ya onları cəlb etmək əvəzinə, daha çox siyasi təhlükəsizlik baxımından seçilmiş bir neçə müsəlman üçün nəzərdə tutulmuş şam yeməyi təşkil edən administrasiyadan hüquqlarımızı tələb edə bilmərik.
Trampın iftar məclisi müsəlman icmasında razılıq hissi yaratmaq üçün nəzərdə tutulub. Ən pis halda o, bölünmə yaradacaq.
Qurandakı bir ayə (4: 135) bizə, möminlərə hər zaman ədalətli olmağı öyrədir: “Ey iman gətirənlər! Həmişə ədalətlə davranın!” Buna görə də, həmişə və hər yerdə ədaləti dəstəkləməli və ədalətsizliyə qarşı çıxmalıyıq.
Ramazan ayında eyni süfrə başında birgə oturma müsəlman icmalarına və daha geniş əhali kütləsinə qarşı şiddət və qeyri-insani siyasət tətbiq edənlərlə deyil, sosial ədalət ruhunda həyata keçirilir.
Bu Ramazan ayında bütün müsəlmanları və müttəfiqlərimizi bizimlə birbaşa və ya ruhən olmağa çağırırıq, çünki biz imanızla ədalətli cəmiyyət qurmaq və zülmə müqavimət göstərmək, qarşılıqlı hörmət və ləyaqət hissini təcəssüm etdirməyə çalışırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...