Smolensk ətrafında baş vermiş və Polşa Prezidenti Lex Kaçinskinin həlak olduğu təyyarə qəzasını araşdıran Polşa komissiyası təyyarənin qırıqlarında paprtlayıcı maddə izlərinin aşkar olunduğunu elan edib
İddia olunur ki, partlayıcı maddənin komponentləri qəzanın qurbanlarından birinin bədənində də tapılıb. Eyni zamanda, tədqiqatlar uyğun birləşmələrin qəzanın baş verdiyi ərazinin topağının tərkibində olmadığını da göstərib.
Komisiyanın rəhbəri, Poşlanın müdafiə naziri Antoni Maçereviç dəfələrlə bəyan edib ki, təyyarənin göyərtəsində payrtlayışın baş verməsi də qəzaya səbəb ola bilərdi. Ötən ilin oktyabrında ekspertlər onun ehtimalını təsdiq etməyiblər və bildiriblər ki, qeydiyyatçı cihazlardan biri «təyyarəyə çox güclü enerjinin təsir etdiyini» qeydə alıb.
Bununla bərabər, bəzi Polşa siyasətçiləri iddia edirlər ki, Moskva aviaqəzanın baş verməsində maraqlı olub.
Vladimir Putin isə öz tərəfindən deyələnləri blef və uydurma adlandırıb. Rusiya lideri Varşavaya tövsiyyə edib ki, təyyarəyə partlayıcı maddəni yerləşdirə biləcək şəxsi «öz ölkəsində» axtarsa yaxşı olardı.
MilliYol.Az
Digər xəbərlər
loading...