Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir
DİN mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, iyunun 5-də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə, həçminin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuşlar - Corat qəsəbə sakini Elvin Əliyevdən 470 qram, H.Z.Tağıyev qəsəbə sakini Ziya Salehovdan isə 440 qram marixuana aşkar edilib.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Muxax kənd sakini Uveys Rəcəbovun evindən 1 kiloqram 855 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Əldə edilmiş məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş Fazil Məmmədovun şəhər ərazisindəki evdən 325 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.
Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Kürkəndi kənd sakini, əvvəllər məhkum olunmuş Valeh Zərbalıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd, Qax RPŞ-nin əməkdaşları Tasmalı kənd sakini Ümidvar
Yusifovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 310 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...