Qarabağlı müxalifətçi, “Milli dirçəliş” partiyasının liderlərindən biri Tiqran Qriqoryan Azərbaycanın işğal altındakı ərazilərində fəaliyyət göstərən qondarma rejimin hərbi çevrilişlə devrilməsinə hazırlıq getdiyini bildirib
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Qriqoryan bu haqda özünün Facebook səhifəsində müraciət yayıb.
Onun bildirdiyinə görə, “vətəndaşlar” hərbi çevrilişə qarşı ayıq-sayıq olmalıdır. Çünki “dövlət naziri” Araik Arutyunyan güc strukturlarının rəhbərlərinin təzyiqləri ilə istefaya gedib. O, Xankəndində ötən həftə sonu başlayan etirazlar zamanı nümayişçilərin tələblərinin yerinə yetirilməsi və güc strukturlarında təmizləmələrin aparılması tərəfdarı kimi çıxış etmişdi.
Qriqoryan bildirir ki, qondarma “prezident” Bako Saakyan güc strukturlarının təzyiqi altındadır və o, “milli təhlükəsizlik xidmətinin” rəhbəri Arşavir Qaramyanı Araik Arutyunyanın yerinə təyin edəcək. Başqa sözlə, son hadisələrə görə günahkar olanlar nəinki cəzalandırılmayacaq, üstəlik onlar hakimiyyəti ələ keçirəcəklər.
MilliYol.Az
Digər xəbərlər
loading...