“Xəzəryanı ölkələr avqustda keçiriləcək sammitdə Xəzərin hüquqi statusuna dair konvensiyanın qəbulu məsələsi üzərində işləyir”
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavinin Qriqori Karasin bu gün Dövlət Dumasında çıxışında deyib.
Onun sözlərinə görə, hazırda tərəflər (Rusiya, Azərbaycan, iran, Qazaxıstan və Türkmənistan) arasında intensiv iş aparılır.
"Xəzərin hüquqi statusuna dair konvensiyanın hazırlanması üçün xüsusi işçi qrup yaradılıb. İşçi qrup bir sıra mübahisəli, aydın olmayan məsələlərin həlli ilə məşğuldur. Konvensiyanın qəbulu bir çox suallara cavab tapmağa, o cümlədən resursların istifadəsinə dair mübahisələrin həllinə imkan verəcək", - deyə Q. Karasin bildirib.
O deyib ki, "Xəzər beşliyi"nin sammitinin bu ilin avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılır: "Biz bütün tərəflərlə konvensiyanın növbəti sammitdə qəbul olunmasına ciddi hazırlaşırıq”.
Qeyd edək ki, ötən gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin Aktau şəhərində keçiriləcəyini açıqlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...