“Sizi Suriyada əmin-amanlığın yaradılmasında iştirak etməyə çağırıram”
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Tıva Respublikasının Kızıl şəhərində keçirilən iclasında deyib.
Onun sözlərinə görə, hazırda Suriyanın ərazisinin böyük hissəsi terrorçulardan azad edilib. Müdafiə naziri deyib ki, qalan terrorçularla silahı yerə qoymalarına dair danışıqlar gedir: "Vahid, bütöv Suriyanın dirçəlməsi və siyasi tənzimləmə üçün bütün şərait yaradılıb. Bizim Suryada geniş formada fəaliyyət göstərməyimiz üçün hər cür şərait var. Ərazilərin minalardan təmizlənməsi, humanitar yardımın edilməsi, infrastrukturun bərpa olunması kimi işlər bura daxildir. Sizin dəstəyinizə inanırıq. Hamıya ayıdındır ki, təhlükəsizliyi birgə səylə təmin etmək olar. Ona görə də hörmətli həmkarlar, Suriyada əmin-amanlığın yaradılmasında iştirak etmək təklifi ilə sizə müraciət edirəm”.
Qeyd edək ki, iclasda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov da iştirak edir.
MilliYol.Az
Digər xəbərlər
loading...