Anar Rzayevin rəhbəri olduğu şirkətin fəaliyyətinin ciddi şəkildə araşdırılmasına ehtiyac var
2006-cı ildən kolbasa istehsalı ilə məşğul olan “Ovqat” şirkəti ilə bağlı son zamanlar istər sadə vətəndaşlar arasında, istərsə də mətbuatda müxtəlif səpkili informasiyalar dolaşmaqdadır.
Belə ki, bu günlərdə sosial şəbəkələrdə yayılan məlumatda deyilir ki, Afiq Abbasov adlı şəxs tərəfindən Bakıda mağazadan alınan “Ovqat” şirkətinin istehsalı olan “Maşa və medved” kolbasasının içindən milçək çıxıb. Gundelik-Baku.com olaraq qeyd edək ki, Afiq Abbasov həmin kolbasanı uşaqlar üçün “Araz” marketdən aldığını bildirib. «Evə gəlib açanda gördük ki, içindən milçək çıxdı. Dərhal çeki götürüb marketə getdik. Marketdə heç bir etiraz etmədən kolbasanı geri qaytardılar. Hətta məndən üzr istədilər» deyən alıcının sözlərinə görə, əgər o yalan demiş olsaydı, o zaman market qəbul etməzdi və onun böhtan atdığını deyərdi: «Bu məlumatı yaymaq fikrim olmayıb. Sadəcə söhbət vaxtı dostuma dedim, o da şəkilləri varsa, göndərməyimi istədi. Ona göndərdim, sosial şəbəkədə paylaşdı və beləcə məlumat yayıldı. Nə dostumun, nə də mənim hansısa şirkətə sərf edəcək boş vaxtımız yoxdur ki, gedib şantajla məşğul olaq. Hərəmizin öz işimiz var, sadəcə başımıza gələn haldır və sosial şəbəkədə paylaşmışıq».
Nəzərinizə çatdıraq ki, məsələ ilə bağlı kolbasanın satıldığı “Araz” marketin Masazır-2 filialında həmin gün geri qaytarılan kolbasanı qəbul edən adminstrator Elvin Məmmədov milçəyin kolbasa ilə üzərindəki paket arasında olduğunu təsdiq edib: «Ovqat» şirkətinə məxsus kolbasanı geri qaytaran müştəriyə həmin həşəratın çıxmasının marketin səhvi olmadığını izah etdik. Çünki milçək məhsulun içərisində idi. Bu barədə aidiyyatı şöbənin əməkdaşlarına məlumat verdik ki, istehsalçı şirkətə bu barədə məlumat versinlər. Hadisə baş verəndən sonra üzürlü səbəbdən müəyyən müddət işdə olmamışam. Yəqin ki, əməkdaşlarımız “Ovqat” şirkətinə kolbasanın içərisindən milçək çıxması ilə bağlı məlumat verib».
Bu arada, Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəhbəri İmran Abdullayev isə sözügedən istehsalçıda yoxlama aparmadıqlarını söyləyib. Onun sözlərinə görə, bu ancaq İqtisadiyyat Nazirliyinin icazəsi ilə baş tuta bilər: «Ovqat» kolbasasının içərisindən milçək çıxıb-çıxmadığını söyləyə bilmərik. Lakin istənilən kolbasa sexində həşaratlarla mübarizə həyata keçirilməlidir. Sexin içərisində havanın temperaturu aşağı salınmalıdır. Ola bilsin ki, milçək qablaşdırma zamanı təsadüfən ora düşüb. Ola da bilər ki, bu, təsadüf deyil, elə sex milçək yuvasıdır. Hər halda baxış keçirilməlidir». Məhz bu mövzu ilə bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxs iddia edir ki, Anar Rzayevin rəhbəri olduğu “Ovqat” şirkəti kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə edir: «Deyilənlərə görə, “Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir. Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır. Düzdür, bu şirkət bazarın müvafiq seqmentində müəyyən qədər də olsa ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür.
Belə ki, kolbasa və delikoteslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur. Ətin, inqridiyentlərin keyfiyyəti, hansı ölkədən idxal edildikləri məlum deyil. Deyilənlərə görə, hazırda ölkədə mal ətinin qiyməti baha olduğundan Anar Rzayevin rəhbəri olduğu “Ovqat” şirkəti kolbasa və sosiskaların istehsal prosesində mənşəyi məlum olmayan ətlərdən istifadə etməyə üstünlük verir. Elə buna görə də “Ovqat”ın istehsal etdiyi məhsulların üzərində məmulatın tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu barədə yetərli bilgi yoxdur. Təkcə o yazılır ki, kolbasanın tərkibi mal, yaxud qoyun ətindəndir və hansı ədviyyat məhsulları vurulub. Bu gün mal ətinin 1 kiloqramı 8,5-9 manat arasında dəyişdiyi halda, bazarda “Ovqat” şirkətinin istehsal etdiyi kolbasa və sosiskaları həddən artıq ucuz qiymətə tapmaq mümkündür. Bu da onu göstərir ki, şirkət istehsal prosesində əti əvəz edən əlavələrdən, kimyəvi maddələrdən geniş formada istifadə edir. Odur ki, bütün bunları nəzərə alaraq, qəti şəkildə demək olar ki, Anar Rzayevin rəhbəri olduğu şirkətin fəaliyyətinin ciddi şəkildə araşdırılmasına ehtiyac var». (gundelik-baku.com)
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...