Aprel seçkilərindən sonra həm idarəçilik sistemində, həm də bu sistemin idarəçiləri sırasında ciddi dəyişikliklər müşahidə olunmaqdadır
O sahələrdə ki dəyişiklik artıq çiban kimi yetişmişdi. Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi. Bu gün xalqı ən çox maraqlandıran yenilərdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevdir. Maraqlıdır ki, gənc nazirin ilkin fəaliyyəti sələfi Səlim Müslümovun ilk vaxtlarına bənzəyir. Belə ki, cumhuriyyet.az olaraq Nazirlikdə baş verənlərə əsasən bildirək ki, Sahil Babayev nazirliyin fəaliyyət istiqamətləri üzrə fundamental islahatlar aparmaq əvəzinə məmurların soyqırımını həyata keçirməklə məşğuldur.
“Məmir soyqırımı”, yoxsa dost-tanış toplantısı?
Nazir Sahil Babayevin apardığı uğursuz kadr islahatları onun gələcək fəaliyyətini şübhə altına alır. İşdən azad etdiyi kadrlar xalqın və kollektivin ürəyincə olsada yeni təyinatlar hər kəsi məyus etdi. Əfsuslar olsun ki, ölkəmizdə ənənəyə çevrilən kadr transferləri nazirdən nazirə ötürülən uğursuzluqların əsas meyarıdır. Hər kəs yeni təyinat aldığı sahəyə özü ilə əvvəlki iş yerində nə qədər yaxını, qohumu, dostu və tanışı varsa çəkib aparır. Getdiyi yerlərdə isə həmin şəxsləri yerləşdirmək üçün məmur soyqırımı həyata keçir.
Füzuli Ələkbərovun kadrı geri qayıtdı və…
Ünvanlı Dövlət Sosial Yardımlarının əhaliyə verilməsində ilk korrupsiya yuvası İlqar Rəhimov tərəfindən yaradılmışdı və həmin sahəyə inzibatçılığı Heybət İmanov həyata keçirirdi. Yeni Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirliyin daxili nəzarət şöbəsinin daha 4 əməkdaşını işdən azad edib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, şöbəyə maraqlı təyinat həyata keçirilib: “Belə ki şöbənin müdir müavini vəzifəsi keçmiş nazir Füzuli Ələkbərovun yaxın adamı Heybət İmanova həvalə olunub. H.İmanov F.Ələkbərovun vaxtında müxtəlif vəzifələrdə çalışıb.Səlim Müslümov təyin ediləndən sonra H.İmanovu işdə yol verdiyi nöqsanları əsas gətirərək vəzifəsindən azad etmişdiBu gün nazirlikdə “quzu qurda” həvalə olunur. Keçmişin izləri mətbuatdan silinmədən yeni rüşvət ocağının tüstüsü yəqin ki, yaxın vaxtlarda çıxar.
Əmək Müvəttişliyi Xidməti uğrunda dava: Anar Quliyev udur?
Sözügedən Nazirliyin qalmaqallı mərkəzlərindən biri də Dövlət Əmək Müfəttişliyi Xidməti olub. Bu quruma rəhbərlik edən sabiq nazirin kürəkənini Fuad Əlizadənin vəzifəsi ilə vidalaşacağı gözlənilir. Nazirlik daxilindən cumhuriyyet.az-a daxil olan məlumata görə bu posta xidmətin rəsi müavini Anar Quliyev iddialıdır. Nazir Sahil Babayev Anar Quliyevi bir yerlərdən tanıyır. Mənbənin bildirdiyinə görə, Anar Quliyev sabiq nazir Səlim Müslümovun, Aparat rəhbəri Əjdər Cəbiyevin və xidmət rəisi Fuad Əlizadənin adamlarını gizlətməyə və müdafiə etməyə çalışır. Köhnə komanda Anar Quliyevin xidmət rəisi olmasını arzulayır. Maraqlısı odur ki, hamı Anar Quliyevi özünə üzdə dost və eyni zamanda arxada düşmən bilir. O, hamının dara düşəndə sarıldığı ilan və boğulanda tutduğu saman çöpüdür. Səlim Müslümov bütün kirli işlərini Əjdər Cəbiyevə etdirirdisə, Fuad Əlizadənin bütün qanunsuz əməllərinin arxasında Anar Quliyev durur. Anar Quliyev bu gün nazir Sahil Babayevin güvənini qazanmaq üçün xeyli sayda dəqiq məlumatlar ötürür. Lakin bu yolla bir o qədər kirli işləri ört basdır edə bilir.
Nazirlikdə Mətin Kərimli faktoru
Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında nazir müavini Mətin Kərimli dayanır. Belə ki, məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, bu sahəyə yad olan və tamamilə başqa sahədə çalışmış yeni nazir Sahil Babayev özünün müavini Mətin Kərimlinin diktəsi ilə bu islahatları həyata keçirməkdədir. Hazırda isə vəzifəsini qoruyub saxlamağa çalışan hər kəs Mətin Kərimliyə yol tapmaq və vəzifəsində qalmaq üçün Mətin Kərimlini razı salmağa çalışır. Nazirdən aldığı sonsuz səlahiyyətlərlə isə Mətin Kərimli keçmiş nazir Səlim Müslümovun vaxtında onunla hesablaşmayan kadrları peşəkar olub-olmamasına baxmayaraq, işdən kənarlaşdırmaq üçün müxtəlif yollardan istifadə edir. Qeyd edək ki Mətin Kərimlinin qardaşı, kənd təsərrüffatı naziri İnam Kərimov Sahil Babayevlə bir yerdə təhsil alıb. Mətin Kərimli 2014-cü ildə Səlim Müslümovun müavini təyin olunub. Onun müavin təyin olunmasında əsas məqsəd isə ölkənin sosial müdafiə sisteminin elektonlaşdırılması olub. Yəni İman Kərimovun ASAN Xidmətdə gördüyü böyük işləri qardaşı Mətin Kərimli ƏƏSMN-də həyata keçirməliydi. Lakin ASAN Xidmət özünü nə qədər doğrultsa da, Mətin Kərimlinin Elnur Məcidovla birlikdə ƏƏSMN-də yaratdığı VEMTAS sistemi gözləntiləri doğrultmayıb. Artıq mətbauatda da qeyd olunduğu kimi bu sitem ƏƏSMN-də korrupsiyanın daha da böyüməsinə səbəb olub. 2016-cı ilin mart ayından ötən dövr ərzində bu sehrli VEMTAS sistemi ilə ünvanlı sosial yardım əvvəllər olduğu kimi müvafiq kriteriyalara uyğun gəlməyən şəxslərə verilib, əksinə ehtyac içində yaşayan xeyli ailə dövlət başçısından narazı salınıb. Həmin ailələr birmənalı olaraq ünvanı yardıma yaxın düşə bilmirlər. Bir şey ki, hətta əli-ayağə yox I qrup əlil ailələri belə onu əldə edə bilmir, o halda sual yaranır: onda bəs ünvanlı sosial yardım kimlər üçün nəzərdə tutulub? Budur Səlim Müslümovun rəhbərliyi altında Mətin Kərimlinin həyata keçirdiyi “misilsiz islahatının” nəticəsi.
MilliYol.Az
Digər xəbərlər
loading...