"Azərbaycanda məhkəmə fəaliyyəti ilə bağlı informasiya-analitik hesabat elektron sistem tərəfindən avtomatik hazırlanacaq. Artıq belə bir elektron sistemin yaradılması üzərində iş gedir"
Bunu bu gün Vəkillər Kollegiyası "Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası" mövzusunda keçirilən tədbirdə Ədliyyə Nazirliyinin "Elektron Məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib.
R. Qurbanov deyib ki, bu elektron sistemdə hakimlərin məhkəmədə çıxardığı qərarları və bu qərarlara Apelyasiya Məhkəməsinin münasibəti əsasında hakimlərin qiymətləndirilməsi meyarından istifadə ediləcək: "Bu elektron qiymətləndirmə sistemi gələcəkdə vəkillərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Vəkillər Kollegiyasının sistemində də yaradılsa, yaxşı olardı".
R. Qurbanov vəkillərə hüquqi müdafiə bağlı ödəmələrin elektron qaydada köçürülməsinin vacib olduğunu da vurğulayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...