Ötən gün axşam saatlarında Azərbaycanın Şimal-qərb bölgəsində 6 bal gücündə baş verən zəlzələ Qax rayonunda fəsadlar törədib
Rayonun Zaqatala ilə sərhəddə yerləşən Güllük kəndində yeraltı təkanlar daha çox hiss olunub.
Zəlzələ nəticəsində bəzi tikililərdə və evlərdə çatlar əmələ gəlib, həmçinin kiçik sahibkarlıqla məşğul olan şəxslərə ziyan dəyib.
Güllük kənd icra nümayəndəsi İlqar Məmmədovun verdiyi məlumata görə, idarəyə bəzi tikililərdə çatların əmələ gəlməsi ilə bağlı məlumatlar daxil olub:
"Hazırda gecə saatları olduğu üçün çatların əmələ gəldiyi evlərin dəqiq sayını demək mümkün deyil. Ancaq əhali növbəti təkanların ola biləcəyindən qorxaraq evlərə girə bilmir. Səhər saatlarında daha ətraflı məlumat əldə edəcəyik". (Report)
virtualaz.org qeyd edir ki, 6 bal orta güclü zəlzələdir və bu cür yeraltı təkanlarda nisbətən köhnə tikililəri dağılması, yaxud ciddi ziyan çəkməsi qaçılmazdır. Təbii fəlakət nəticəsində dəyən ziyanın miqyası yəqin ki, gün ərzində aydınlaşacaq.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...