Qərbin Moskva ilə münasibətləri daha da pisləşdiyinə görə Böyük Britaniyada oliqarxlarla problemləri həll etmək üçün tədbirlər görülməsinə çağırışlar səslənir
Keçmiş ikili agent Sergey Skripalın zəhərlənməsi hadisəsindən sonra Böyük Britaniya xarici işlər naziri Boris Conson vəd verərək deyib: “Biz, bu pulların hərəkətini izləyirik və bununla məşğul olacağıq”.
Britaniya parlamentinin deputatlar qrupu sanksiyaya məruz qalmış oliqarx Oleq Deripaskaya məxsus “En+” şirkətinin səhmlərinin Londonda yerləşdirilməsinə yardım etmiş “Linklaters” hüquq firmasını xüsusilə qeyd edir. Deputatlar Kreml ilə bağlı olan korrupsiyalaşmış maqnatlara qarşı sərt tədbirlər görülməsinə çağırırlar.
Bəlkə də oliqarxların özləri əslində çətin vəziyyətdədirlər. Bir vaxtlar onlar Rusiya və Qərb arasında ideal vasitəçilər idilər. Britaniya siyasətçiləri oliqarxların yaxtalarında qonaq olanda və ya öz şirkətlərindəki direktorlar şurasına təsir göstərərək onlara köməklik göstərəndə, oliqarxların gələcəkləri barədə heç bir şübhəyə qapılmırdılar.
İndi Londondakı “Soho” gecə klubunda və eyni zamanda da Moskvadakı “Soho Rooms” klubunda özünü tam ağa kimi hiss edən Roman Abramoviç, artıq cavab verməli olacaq. Londonqrad dəb-dəbəsinin və özündən razılığın təcəssümü olan Roman Abramoviç nə vaxtsa “Çelsi” futbol klubunu və məşhur miliyarderlər rayonundakı küçədə ev alıb. Amma indi Abramoviç bütün gücü ilə Britaniya vizası almağa cəhd edir. Hal-hazırda qayda-qanun yaratmağı arzulayan və əsl həqiqət yoluna qədəm qoymağa çalışan Qərb üçün oliqarxlar, qəflətən, deyəsən hədsiz rus olmağa və ya Rusiya üçün isə hədsiz qərbləşmiş olublar. Ona görə də “xalq düşmənləri”nə qarşı ovu başlatmaq olar. Necə deyərlər, eyni zamanda iki stulda oturmaq istəyən adam əvvəl axır yıxılacaq.
Müəyyən mənada başlıca problem – oliqarxların 18 il bundan öncə Vladimir Putin hakimiyyətə gəldikdən sonra dəyişmiş təbiəti ilə bağlıdır. Klassik tərzdə yanaşılsa, bu adam (Abramoviç) əsasən şübhəli siyasi əlaqələr və dövlət aktivlərinin çox ucuz qiymətə özəlləşdirilməsi sayəsində böyük var-dövlətə sahib olub. Nəticədə isə aşağı siyasi sinif üzərində böyük hakimiyyət qazanıb.
1990-cı illərdə əksəriyyət hesab edirdi ki, Rusiyadakı real hakimiyyət Boris Yeltsinin yox, onu dəstəkləyən oliqarxların əlindədir. Boris Berezovski Yeltsinin ürəyində problem yarananda ölkənin onun tərəfindən idarə edilməsi görüntüsünü yaratmağı sevirdi və deyirdi ki, Vladimir Putini növbəti prezident roluna da mən seçmişəm.
Prezidentliyinin ilk illərində Vladimir Putin hakimiyyətdəki güc balansını dəyişdi. Əllərindəki televiziya kanallarından istifadə etməklə Putinin mövqeyini laxladan Berezovski və Vladimir Qusinski ölkədən qaçmağa məcbur oldular. Putinə qarşı gəlməyə cürət edən Mixail Xodorkovskini 10 il həbsdə saxladılar.
Yazılmamış qanunlarla hərəkət edən digər oliqarxlar bundan sonra hakimiyyətdən aman diləməyə başladılar. Onlara siyasətdən kənarda durmaq şərtiylə öz var-dövlətlərini saxlamağa icazə verildi.
Son dövrlər ABŞ sanksiyaya məruz qoyacağı şəxslərin geniş siyahısını yayıb. Oliqarxlar çaşqınlıq içərisindədirlər.
Adının çəkilməsini istəməyən oliqarxlardabn biri bizimlə söhbətində deyib: “Əvvəllər bunlar həqiqətən də bu rejimdə pul qazanan adamlara yönəlirdi. İndi isə biz bunların nə üçün edildiyini anlamırıq. Əgər siz bizim Putinə gedib onun nə etməli olduğunu deyə biləcəyimizi düşünürsünüzsə, onda siz Rusiyanı tanımırsınız. Amma istənilən halda Qərbin oliqarxlara hücum etməsi Kremlə faydalıdır.
Birincisi - Rusiya kapitalına qarşı yönəldilən fəaliyyətlər oliqarxları xaricdəki şirkətlərdə gizlətdikləri pulları Rusiyaya qaytarmağa məcbur edir. Putinə də məhz bu lazımdır.
İkinicisi – Çox vaxt elita nümayəndələrinin əksəriyyyəti əsas aparıcı müəssisələri özəl əllərdə saxlamağın mənasını görmürlər, xüsusən də əgər onların dövlətin dəstəyinə ehtiyacları vardırsa. Bəli, indi sanksiya siyahısına düşmüş oliqarxlar dollar kreditlərini dövlət banklarına qaytara bilmirlər. Onlar girov kimi əsas aktivlərini qoyublar. Yəqin ki, çox tezliklə bu adamlar artıq oliqarx olmayacaqlar. Bu Putinin xoşuna gəlir. Rejim qalib gəlir. Belə vəziyyət vətəndaşların da xoşuna gəlir, çünki oliqarxları heç kim sevmir, dövlət isə resurslarını səfərbər edir”.
(“Financial Times” – Böyük Britaniya)
MilliYol.Az
Digər xəbərlər
loading...