ABŞ Mərkəzi Bankının (Fed) Boston üzrə sədri Erik Rozenqren dolların uçot dərəcəsi ilə bağlı açıqlama verib.
Erik Rozenqren Fed-in inflyasiya və digər iqtisadi hədəflərinə qısa zamanda çatmasından sonra faizlərin uzun müddət aşağı səviyyədə saxlanılmasının riskli olduğunu ifadə edib.
Daşınmaz əmlak qiymətlərinin sürətlə bahalaşmasına diqqət çəkən Rozenqren investorların həddindən artıq risk etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu sektor maliyyə sabitliyini təhlükəyə ata bilər.
Boston Fed sədri qiymətlərdəki ümumi enişin maliyyə sektoruna yayılacağını və bunun borclular üçün daha əlverişsiz kredit şərtləri ortaya çıxaracağını bildirib.
Rozenqren iqtisadiyyatın yavaş böyüdüyü bir dövrdə daşınmaz əmlakların yenidən qiymətlərinin resessiyaya (Recessus latın dilində geriləmə deməkdir) —iqtisadiyyatda (xüsusən də makro iqtisadiyyatda) məruz qala biləcəyi xəbərdarlığını edir. Onun sözlərinə görə, bu vəziyyət Fed-in faiz artırımına getdiyi senaridən daha pis vəziyyət yaradacaq.
Qeyd edək ki, Fedin pul siyasətlərini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) 20-21 sentyabr tarixlərində toplantısı keçiriləcək. İclasda dolların uçot dərəcəsinin artırılması məsələsi müzakirəyə çıxarılacaq və yekun qərar qəbul olunacaq. Fed-in mühüm iclası yaxınlaşdıqca dollar bütün valyutalar qarşısında bahalaşmaqda davam edir. (baku.ws)
MilliYol.Az
Digər xəbərlər
loading...