“Sevindik Hətəmov icra başçısı olaraq daima yerindədir və vətəndaşlara diqqət və qayğı göstərir”
Son günlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun fəaliyyəti barəsində həqiqətə uyğun olmayan yazılar dərc olunub, yanlış məlumatlar yayılıb.
Həmin yazılarda guya icra başçısı Sevindik Hətəmovun rayonda heç bir iş görmədiyi, sakinlərlə görüşmədiyi,rayona diqqət etmədiyi bildirilir, rayonda keçirilən tenderlərlə bağlı və sairə məsələlərlə tamamilə yalan məlumatlar yer alıb. Guya ki, Salyanda vaxtaşırı təşkil olunan qəbullar, görüşlər isə formal xarakter daşıyır və s.
Bu yazılarla bağlı Bolgexeber.com Salyan rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq məsələyə münasibət öyrənib. Salyan İcra hakimiyyətindən bildiriblər ki, bu tipli informasiyalar şər-böhtandan, icra başçısının Salyanda gördüyü böyük müsbət işlərə kölğə salmağa hesablanmış qara piardan başqa bir şey deyil.
“Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Salyan tutur. Salyan icra başçısı daima yerindədir və vətəndaşlara diqqət və qayğı göstərir və bu gün Salyanda böyük abadlıq-quruculuq işləri aparılır. İcra başçısı Sevindik Hətəmov əhalinin problemlərinin yerində həlli məqsədi ilə yerlərdə mütəmadi olaraq səyyar qəbul-görüşlər keçirir.Salyan İcra Hakimiyyəti də daima şəffaf faəaliyyət göstərir,həmişə vətəndaşların rifanının və hüquqlarının keşiyindədir və bundan sonra başda icra başçısı Sevindik Hətəmov olmaqla Salyanın daha da inkişaf etməsi üçün rəhbərlik əlindən gələni əsirgəməyəcək”,- icra hakimiyyətindən bildirlirdi.
MilliYol.az
Digər xəbərlər
loading...