İyunun 8-i saat 10:00-da AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın ümumi yığıncağı keçiriləcək
AMEA-dan verilən məlumata görə, tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı keçiriləcək. Yığıncaqda, həmçinin, AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.
Qeyd edək ki, AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə 2013-cü ildən bu quruma rəhbərlik edir.
Digər xəbərlər
loading...