“Maşın” realiti-şousunda ATV-nin aparıcıları arasında çox dava olması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub
Axşam.az-ın məlumatına görə, bu dəfə aparıcılar İlhamə Bədəlova ilə Aytən Səfərova arasında dava düşüb. Aytən İlhaməni insanları alçaltmaqda, onlara yuxarıdan aşağı baxmaqda günahlandırıb.
İlhamə isə ona etirazını bildirib və əsəbi olduğunu deyib:
“Aytən, hansı şərəf-ləyaqətdən danışırsınız? Burada efirdə çıxartdığınız oyunlardan, işlətdiyiniz sözlərdən sonra... Başımda ağıl var, narahat olma. Sən mənə heç nə deyə bilməzsən? Siz məndən nə istəyirsiniz? Mən əsəbiyəm”.
A.Səfərova isə səs tonunu yüksəldərək İ.Bədəlovaya bunları söyləyib:
“İnsanların şəxsiyyətini təhqir etmək olmaz. Olmaz insanlara demək ki, kimsən qarşımda oturursan? Sən kraliçasan, Vişnunun (hinduizm dinində tanrı) arvadısan, kimsən? Ona görə də hamının antipatiyasını qazandın. Mən şərəfsizəm, ləyaqətsizəm? Sənə istədiyimi deyə bilərəm, nazorsan kimsən? Bəsdir, İlhamə. Düş aşağı, hamı ilə eyni olmağa çalış”.
Digər xəbərlər
loading...