Ermənistanın Kassassiya məhkəməsinin sədri Arman Mkrtumyan Ali Məhkəmə Şurasına istefa ərizəsini təqdim edib
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, ərizəsində o, təqribən 30 ildir ki, Ermənistanın məhkəmə sistemində işlədiyini, Kassassiya məhkəməsində isə yarandığı ilk gündən – 1998 ci ilin 8 iyulundan çalışdığını deyib.
10 ildir Kassassiya məhkəməsinə sədrlik edən Mkrtumyan istefasının səbəbini məhkəmə-hüquq sistemində cavan kadrlara yer vermək istəyilə izah edib.
Erməni ekspertlərin fikrincə, 57 yaşlı Arman Mkrtumyan heç də qoca deyil və məhkəmə sistemində kifayət qədər təcrübəyə malikdir. Hətta 2011-ci ildə Serj Sarkisyan onu korrupsiya adı ilə vəzifədən uzaqlaşdırmaq istəyəndə belə, Mkrtumyan müqavimət göstərərək istefaya getməyib və seçkiqabağı kampaniyada Sarkisyanın ondan istifadə etməsinə yol verməyib.
Ehtimal edilir ki, məhz son günlər Kassassiya məhkəməsinin önündə keçirilən kütləvi aksiyalar Mkrtumyanı istefaya məcbur edib.
Qeyd edək ki, artıq bir neçə gündür Kassasiya Məhkəməsinin binası önündə Ermənistanda siyasi məhbusların azad olunmasını tələb edən aksiyalar keçirilir. Etirazçılar xüsusən də, Qarabağ döyüşlərinin iştirakçısı, separatçıların Dağlıq Qarabağdakı silahlı birləşmələrinin keçmiş komandiri Samvel Babayanın azadlığa buraxılmasını və baş nazir Paşinyandan buna qarşı çıxan baş prokuror Artur Davtyanı vəzifədən kənarlaşdırmasını tələb edirlər. Paşinyan isə heç bir real təsirə malik olmadığından etirazçıları sadəcə aksiyanı dayandırmağa çağırıb.
Digər xəbərlər
loading...