Estoniyanın sabiq prezidenti Toomas Hendrik İlves bəyan edib ki, onun ölkəsinə hücum edəcəyi təqdirdə, Rusiya bir sıra böyük şəhərlərini itirə bilər
«Estoniya üçün Rusiya təhlükəsi mövcuddurmu?» sualına İlves cavab verib ki, bu gün üçün «hərbi nöqteyi-nəzərdən» belə təhlükə yoxdur. Onun sözlərinə görə, belə «üstün vəziyyət» onun ölkəsinin NATO üzvü olmasından qaynaqlanır.
«Əlbəttə, Rusiya Estoniyaya hücum edə bilər, ancaq bundan sonra tezliklə nəinki Sankt-Peterburqu, hətta Omskı və Tomskı da itirə bilər» - deyə, «Yevropeyskaya pravda» nəşrinə verdiyi müsahibədə İlves bəyan edib.
Bununla yanaşı, sabiq prezident qeyd edib ki, Rusiya tərəfdən qaynaqlanan «təhlükə» Estoniyanı «diskreditə» etməkdən ibarətdir. Artıq 27 ildir ki,bu davam edir.
Son vaxtlar Baltikyanı siyasətçilərin dilindən Rusiya tərəfdən artan «təhlükə» barədə bəyanatlar səslənir. 2016-cı ldə NATO-nun Varşava sammitində Litva, Latviya, Estoniya və Polşada alyansın hərbi kontingentinin yerləşdirilməsi barədə qərar qəbul olunub.
Moskva isə dəfələrlə bəyan edib ki, heç bir NATO ölkəsinə hücum etməyə hazırlaşmır. (azpolitika.info)
Digər xəbərlər
loading...