Ermənistanın Gümrü şəhərində “Amerika həftəsi” elan edilib
Teleqraf.com xəbər verir ki, Ermənistanın Mədəniyyət Nazirliyinin verdiyi açıqlamada proqram çərçivəsində bir həftə ərzində şəhərdə Amerika filmlərinin nümayiş olunacağı bildirilir.
Filmlər Gümrüdəki “Moskva” kinoteatrında nümayiş etdiriləcək.
“Cəsarətləndir, güc və ilham ver” devizi altında keçiriləcək Amerika günlərində küçələrdə sərgilərin keçirilməsi də planlaşdırılır.
Proqram çərçivəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Gümrüyə gedəcək.
Ermənistan KİV-də Rusiyanın “102-ci” hərbi bazasının yerləşdiyi Gümrünün “Amerikanın mədəni tədbirləri”nin keçirilməsi üçün seçilməsinə yönəlik ilginc iddialar gündəmə gəlib.
Erməni ekspertlər səfirin Nikol Paşinyan hökuməti ilə “Amerika həftəsi”nin Rusiyanın hərbi bazası yaxınlığında keçirilməsini razılaşdırmasını təsadüfi hesab etmirlər. Gümrü turnesinə çıxacaq Riçard Millsin Rusiyanın Qafqazdakı “əsas qalası”na nəzəri baxış keçirəcəyini bildirirlər və bunun kəşfiyyat xarakterli olduğunu ehtimal edirlər.
Eskspertlərə görə, hakimiyyəti qiyam yolu ilə ələ keçirmiş baş nazir Nikol Paşinyanın ABŞ-ın siyasi institutları ilə gizli işbirliyinin ifşa edildiyi vaxt, Vaşinqtonun birdən-birə Gümrüyə diqqəti artırması gərginliyi pik həddə qaldıra bilər.
Digər xəbərlər
loading...