Avstraliyanın məşhur simalarından olan 23 yaşlı gənc model Nateeşa Barlin narkotik və narkotik tərkibli həblərin satışı ilə məşğul olan dəstənin rəhbəri çıxıb
Milli.Az xəbər verir ki, Avstraliya mətbuatı Sidneydən ölkənin müxtəlif nöqtələrinə narkotik alveri edən cinayətkar şəbəkəni ifşa edib.
"Daily Telegraph" dəstənin beyni və liderinin 23 yaşlı bikini modeli Nateeşa Barlin və 24 yaşlı Dylan Shav olduğunu yazıb.
Qəzet cütlüyün ölkənin ən təhlükəli narkotik şəbəkəsini idarə etdiyini yazarkən təqsirləndirilənlərin günahlarını etiraf etdiyi və dəstə ilə bağlı vacib məlumatlar verdiklərini qeyd edib.
Gənc modelin "Mən bütün sahil bölgəsini idarə edirəm" dediyi ortaya çıxıb. Qaçaq malların Çin və Filippindən ucuz qiymətə aldıqları və bunları qohumlarının evlərində gizlətdikləri məlum olub.
Barlinin bu paketlərin üzərinə "Təmizlik vəsaiti", "Ev əşyası" kimi ifadələr yazdıqları deyilir.
Şəbəkə rəhbərləri ilə bağlı qərar 26 iyunda veriləcək.
Digər xəbərlər
loading...