Türkiyədə İyi Parti lideri, prezidentliyə namizəd Meral Akşeneri ölümlə hədələyən “Qaziantepspor” futbol klubunun prezidentinin “Twitter” səhifəsi bağlanıb
İKT.lent.az-ın xəbərinə görə, “Twitter” administrasiyası “Qaziantepspor” prezidenti Hasan Şahinə aid akkauntu bloklayıb. Səbəb bu şəxsin mikrobloqun qaydalarına zidd paylaşım etməsidir.
Qeyd edək ki, M. Akşener seçki kampaniyası çərçivəsində Qaziantep şəhərində çıxış edərkən yerli “Qaziantepspor” futbol komandasının şərfini boynundan asıb. (Türkiyədə siyasətçilər adətən regionlarda çıxış edərkən yerli komandaların şərfini boyunlarından asırlar.) Hakimiyyət tərəfdarı olan “Qaziantepspor” prezidenti isə Akşeneri terrorçu, FETÖ-çü adlandıraraq “səni o şərfə qurban edərəm”, - deyə yazıb.
Digər xəbərlər
loading...