Müdafi Nazirliyi bəyanat yayıb. MilliYol.Az xəbər verir ki, nazirlik Azərbaycan ordusunun əsgəri Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması xəbərini təkzib edib:
"Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonundan hərbi xidmətə çağırılmış əsgər Qəmbərov Vüsal Razim oğlunun düşmənin açdığı atəş nəticəsində həlak olması barədə yayılan xəbərlər həqiqətə uyğun deyil. Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və hazırda araşdırma aparılır. Müdafiə Nazirliyi növbəti dəfə kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, Silahlı Qüvvələrimiz haqqında yoxlanılmamış və rəsmi təsdiq edilməmiş məlumatların verilməsi qəbuledilməzdir".
Qeyd edək ki, 1997-ci il təvəllüdlü Qəmbərov Vüsal Razim oğlunun Naxçıvanın Şahbuz rayonu "N" saylı hərbi hissəsində düşmənin açdığı atəş nəticəsində şəhid olduğu deyilirdi.
MilliYol.Az
Digər xəbərlər
loading...