Ded Xasanın mühafizəçisini və daha bir neçə nəfəri öldürüb
Moskvada həbs olunmuş azərbaycanlı “qanuni oğru”Hacı Beyləqanski təkcə Ded Xasan və “Danabaş” ləqəbli İlqar Əliyevin yox, daha bir neçə qətldə ittiham oluna bilər.
Musavat.com-un Rusiya KİV-ə istinadən məlumatına görə, söhbət “SMERŞ” özəl mühafizə xidmətinin rəisi Andrey Selvandan gedir. Selvan Ded Xasanın mühafizə xidmətinin rəhbəri olub.
Məlumata görə, Selvan 17 iyun 2011-ci ildə Moskvanın Volçayevski küçəsində yaşadığı binanın qarşısında güllələnib. İstintaqın ilkin versiyasına görə, qətli Rövşən Lənkəranskinin yaxın dostu, onunla birgə Ded Xasan klanına qarşı mübarizə aparan Merab Djanqveladze veribmiş.
Rusiyalı kriminal jurnalist Yuri Verşovun araşdırmalarına görə isə, Beyləqanski 10-a yaxın qətlin ya sifarişçisi, ya da birbaşa iştirakçısıdır.
Digər xəbərlər
loading...