16 nəfər ailə qurmaqdan imtina etdi
May ayında nikaha daxil olmaq üçün 15651 nəfər müayinə olunub.
Bu barədə Modern.az-a məlumat verən Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, müayinə olunanlardan 428 nəfərdə talassemiya daşıyıcılığı, 23 nəfərdə sifilis, 14 nəfərdə QİÇS xəstəliyi aşkarlanıb:
“Hər ikisində talassemiya daşıyıcılığı olan 4 cütlük aşkarlanıb”.
Z.Əlimirzəyeva qeyd edib ki, 2015-ci ildən indiyə qədər ümumilikdə 418 min 757 nəfər müayinə edilib. Onlardan 15692 nəfərində talassemiya daşıyıcılığı, 1438 nəfərdə sifilis, 345 nəfərdə QİÇS aşkarlanıb. 153 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığı müəyyən olunub”.
Direktorun sözlərinə görə, bu müddətdə 153 cütlükdən 8-i ailə qurmaqdan imtina edib, digərləri ailə qurublar:
“Ümumilikdə hamiləliyin 12-18 həftəliyində onlara tibbi-genetik məsləhətlər verilir, cütlüklərdə molekulyar-genetik müayinələr aparılır. Bu zaman tərəflərdə hansı genetik mutasiya getdiyi aşkarlanır. Bundan sonra hamiləliyin 12-18 həftəliyində prenatal müayinələr təşkil edilir.
2018-ci ildə 30 cütlük hamiləlik zamanı müraciət edib. Onların 25-də müyainə aparılıb. 5 döldə xəstəlik, 15 döldə daşıyıcılıq aşkarlanıb, 5 döl isə sağlam olub. Xəstəlik aşkarlanan 5 hamiləlik tibbi abort vasitəsilə pozulub. Bu da xəstə uşaqların dünyaya gəlməməsi üçündür.
Ümumilikdə indiyə qədər bizə 112 cütlük perinatal müayinə üçün müraciət edib. 69 nəfər hamilə qadında perinatal diaqnostika aparılıb.
Həmin 69 hamilə qadında müayinə aparıldıqdan sonra 16 nəfər xəstə uşaq, 41 nəfər daşıyıcı, 12 nəfər sağlam döl aşkarlanıb”.
Digər xəbərlər
loading...