“Hazırda universitetlərdə və elmi təşkilatlarda ümumilikdə 33 mindən artıq alim elmi tədqiqatlarla məşğul olur”
Bunu təhsil naziri Ceyhun Bayramov Bakıda keçirilən "Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Nazirin sözlərinə görə, tədqiqatla məşğul olan alimlərin 35 faizi fəlsəfə doktoru, 8 faizi elmlər doktorudur.
C.Bayramov bildirib ki, son 5 ildə Təhsil Nazirliyinin strukturunda olan universitetlərdə çalışan 9 mindən artıq professor-müəllim heyəti tərəfindən ixtiraların patentləşdirilməsinə dair 216 sifariş verilib. Patent alan ixtiraların sayı isə 159-dur ki, onların 98-i Azərbaycanda, 66-sı isə ölkə hüdudlarından kənarda olub:
"İnnovativ sistemin inkişafında ən əhəmiyyətli model kimi qəbul edilən "sahibkar universitet" modeli hazırda daha da aktuallaşır. Bu baxımdan son illərdə ali təhsil müəssisələrində yeni sahibkarlıq modellərinin inkişaf etdirilməsinə diqqət artırılıb". (trend)
Digər xəbərlər
loading...