“Mouse”un kursorunun titrəməsi, səhifələrin gec açılması və internetdə informasiyaların təkrar axtarılması Altsheymer və Parkinson xəstəliyinin ilkin əlamətləri ola bilər
Oxu.Az “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, Microsoft və Şimali Karolinanın Dyuka universitetindən olan araşdırmaçılar belə qənaətə gəliblər.
Ekspertlər deyirlər ki, 18 ay ərzində süni intellektin köməyi ilə onlar Bing axtarış sistemindən istifadə edən 31 milyon amerikalı üzərində araşdırmalar aparıblar. Təhqiqatçılar onlar arasında Parkinson xəstəliyindən əziyyət çəkən 703 nəfəri seçiblər.
İndi araşdırmaçılar adı çəkilən xəstəlikdən əziyyət çəkən seçilmiş insanların onlayn-aktivliyini müqayisə etməyi planlaşdırır.
Digər xəbərlər
loading...