Azərbaycanda yumurtanın satış qiymətində son bir neçə gündə bahalaşma baş verib
Strateq.az xəbər verir ki, Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev “BBC News Azərbaycanca”ya deyir.
“Neptun” market şəbəkəsindən bildiriblər ki, hazırda marketdə fabrikdə istehsal olunan “yumurtanın biri 13 qəpiyə, kənd yumurtası isə 15-16 qəpiyə satılır. “Araz” marketlər şəbəkəsi isə qiymətin 4-5 gündür qalxdığını bildirir.
Kiçik mağazalar da yumurtanın qiymətində son günlərdə 7 qəpikdən 13 qəpiyə qədər bahalaşma olduğunu deyirlər.
Ekspertlər hesab edirlər ki, əslində, istehsal vasitələri xaricdən gətirildiyi üçün qiymət artımı labüd idi.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “BBC News Azərbaycanca”ya bildiriblər ki, yumurtanın qiymətində artım baş verməsindən məlumatlıdırlar, amma bunun səbəbləri barədə müvafiq araşdırmalardan sonra cavab verəcəklər.
Azərbaycanda yumurtanın qiyməti 2011-ci ildə də artmışdı. Həmin vaxt prezident İlham Əliyev keçirdiyi müşavirələrin birində artımı “süni şəkildə şişirtmə” adlandırmışdı. İlham Əliyevin çıxışından sonra bazarda yumurtanın qiyməti ucuzlaşmışdı.
Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev “BBC News Azərbaycanca”ya müsahibəsində deyir ki, yumurtanın bahalaşmasına səbəb yemdir. Onun sözlərinə görə, yumurta Azərbaycanda istehsal olunsa da, quş yemi xaricdən alınır.
Xaricdə isə yem bahalaşıb, o deyir: “Bizdə topdan satışdır, yemə görə cüzi artırmışıq, əsasən, pərakəndə satışla məşğul olanlar bir yumurtaya 14-14 qəpik qiymət qoyur.
Onun sözlərinə görə, əsas quş yemləri soya, qarğıdlı, buğda xaricdən idxal olunur.
“Bizdə qiymət artımı dedikdə 1-2 qəpikdən söhbət gedir, 2-3 qəpik də pərakəndə satış artırır”, Aydın Vəliyev əlavə edir.
O deyir ki, idxal yemin qiymətində artım 15 gündür, onlar da son həftədə “məcbur qalıb” qiyməti artırıblar.
“Əvvəllər soyanın tonunu 900 manata alırdıq, indi isə 1250 manatdır, qarğıdalı 300 manat idi, indi isə 450 manatdır”, Aydın Vəliyev deyib.
“Neptun” market şəbəkəsindən bildiriblər ki, hazırda marketdə fabrikdə istehsal olunan “yumurtanın biri 13 qəpiyə, kənd yumurtası isə 15-16 qəpiyə satılır”.
“Araz” marketlər şəbəkəsi isə qiymətin 4-5 gündür qalxdığını bildirir: “Əvvəl yumurta 9 qəpiyə idi, sonra isə 12 qəpik oldu”.
Hazırda kiçik mağazalar da yumurtanın qiymətində son günlərdə 7 qəpikdən 13 qəpiyə qədər bahalaşma olduğunu deyirlər, amma səbəbini izah edə bilmirlər.
Kimisi bunu Ramazan bayramına bağlayır, kimisi də sadəcə “topdansatış artırıb, biz də artırırıq” deməklə kifayətlənir.
Kənd təsərrüfatı məsələləri üzrə mütəxəssis Vahid Məhərrəmov deyir ki, yumurta istehsalı üçün vasitələr idxaldan asılı olduğu üçün qiymət artımını gözləmək olardı.
Onun sözlərinə görə, Azərbaycanın illik tələbatı 2 milyard 800 milyon ədəddir və adambaşına fizioloji normaya uyğun olaraq, il ərzində 280 ədəd yumurta düşür.
Ekspert deyir ki, bu norma ödənilmir. “1 milyard 500 milyon ədəd, ümumi tələbatın 53 faizi qədər ölkədə yumurta istehsal olunur. Yerli istehsal və idxal bir yerdə Azərbaycanın tələbatının 60 faizinə qədərini ödəyir. Çatışmazlıq yaranır deyə qiymətlər bahalaşır və indi də 33 faiz bahalaşıb”.
Vahid Məhərrəmov da istehsal vasitələrinin xaricdən idxal olunmasının qiymətə təsirsiz ötüşmədiyini düşünür, ancaq onu da hesab edir ki, yerli istehsal olan yem məhsulunun keyfiyyəti aşağıdır deyə yerli istehsalçılar ondan istifadə etmirlər”.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildiriblər ki, yumurtanın qiymətində artım baş verməsindən məlumatlıdırlar, amma bunun səbəbləri barədə müvafiq araşdırmalardan sonra cavab verəcəklər.
Digər xəbərlər
loading...