"... Qarabağın (Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş regionu-red.) güc strukturları nümayəndələrinin davranışı narahatlıq doğurur. Bu situasiyanın konkret həlli olmalı və konkret nəticələrə gətirib çıxarmalıdır"
Ermənistanın baş naziri Nikol Paşinyan bunu öz Facebook səhifəsində birbaşa yayımda Xankəndidəki etiraz aksiyalarını şərh edərkən deyib.
Paşinyan qeyd edib ki, Qarabağdakı hadisələri diqqətlə izləyir və Bako Saakyanla (Dağlıq Qarabağın separatçı rejiminin başçısı-red.) əlaqə saxlayır.
"İndi elə mərhələ gəlib ki, etiraz edənlər Saakyana bu razılıqları reallaşdırmağa imkan verməlidilər. Bu əsəbi yox, sakit şəraitdə edilməlidir, amma hazırda mitinqlər buna mane olur. Mitinqləri konkret razılıqlara nail olmaq üçün keçirmək lazımdır. İndi nəticələr artıq var. Faktiki olaraq, mitinqlər öz hədəfinə nail oldu..." - Paşinyan bildirib.
O, etiraz edənlərə müraciət edərək deyib: "Topu Qarabağ hakimiyyətinin meydanında saxlamaq düzgün olardı, əgər məsələ əldə olunmuş razılıqlar çərçivəsində həll edilməsə, siz topu yenidən öz meydanınıza keçirə bilərsiniz... Mən bu hadisələrə qiymət vermək istəmirəm. Bu vəziyyətdə əhəmiyyətli olan odur ki, məsələ münaqişə yox, sülh atmosferində həll edilsin".
"Mənim qardaş çağırışım-etiraz aksiyalarını qurtarın və ya onları dayandırın ki, hakimiyyət etiraz edənlərlə əldə olunmuş razılıqları reallaşdıra bilsin...", - deyə erməni baş nazir vurğulayıb.(virtualaz.org)
Digər xəbərlər
loading...