Tbilisidə keçirilən etiraz aksiyalarının təşkilatçısı Zaza Saralidze hakimiyyətin iyunun 10-dək yeniyetmələrin ölümü ilə bağlı istintaqı yekunlaşdırmasının vacibliyini qeyd edib
“Report”un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, o, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə görüşdən sonra bildirib.
Z.Saralidze deyib ki, əks təqdirdə hökumətin istefasının tələb olunduğu mitinqlər davam edəcək: “İyunun 10-dək baş nazirin verdiyi vədlər yerinə yetirilmədikdə biz yenidən hökumətin istefasını tələb edəcəyik”, – Z.Saralidze jurnalistlərə deyib.
Onun sözlərinə görə, istintaqı saxtalaşdırmaq istəyən hər bir kəs saxlanılmalıdır: “Bütün tələblər qüvvədə qalır. Sistem dağılmalıdır. Mən iyunun 10-dək gözləyirəm. Lakin paralel olaraq aksiyalar davam edəcək. Nəticə gözləyirik”.
MilliYol.Az
Digər xəbərlər
loading...