«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyanın cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyi Rusiya hakimiyyəti ilə əlaqəli bilinən rusiyalılara qarşı araşdırmaların miqyasını genişləndirir və onların Birləşmiş Krallıq ərazisindəki aktivlərini dondura bilər. Bu barədə bazar günü «The Sunday Times» qəzeti yazıb
Qəzet yuxarıda adı gedən agentliyin iqtisadi cinayətkarlıq və kiberməkanda cinayətkarlıqla mübarizə üzrə qrup rəhbəri Donald Tuna istinad edir. Müstəntiqlər komandası 120-dən 140-a qədər «mənbəyi müəyyən olunmamış sərvətə yönəlik orderi» hərəkətə gətirmək imkanlarını öyrənir.
Tun özü bəyan edib ki, onun özünün və həmkarlarının səyləri «korrupsiyaçı elita və onların qeyri-qanuni əldə edilmiş sərvəti üzərində cəmləşir», sonra isə inandırmağa çalışıb ki, agentliyin müstəntiqləri öz hədəflərini vətəndaşlıq amili üzrə müəyyən etmirlər.
Bununla bərabər, Britaniya hökumətində məsələ üzrə məlumatlı mənbə bəyan edib ki, görüş dairəsinə düşmüş belə şəxslərin çox böyük hissəsi «ya rusiyalılardır, ya da Rusiya ilə əlaqəli şəxslərdir». Qəzet isə işarə edir ki, söhbət rusiyalı oliqarxlardan və multimilyonerlərdən gedir.
Hökumətdəki mənbə təsdiqləyir ki, Solsberi şəhərində baş vermiş Skripal insidenti bu istiqamətdəki araşdırmaları sürətləndirib və işin həcmini artırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...