“Mən baş nazirlə təklikdə görüşə getməyəcəyəm”
“Report” “Sputnik”ə istinadən xəbər verir ki, bunu öldürülən məktəblinin atası Zaza Saralidze bildirib.
“Mən bu görüşü 6 aydır gözləyirəm. Mənə verilən ultimatumlardan yorulmuşam. Mən vaxtı gözləyirəm: ya hamı ilə (müxalifət nümayəndələrini nəzərdə tutur - “Report”) birlikdə gedəcəyəm, ya da, ümumiyyətlə, bu görüş olmayacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın baş naziri Giorgi Kvrikaşvili Zaza Saralidze ilə görüşməyə hazır olduğunu bildirmişdi.
Gürcüstanın Tbilisi Şəhər Məhkəməsi qətl törətməkdə və qətl törətməyə cəhddə təqsirləndirilən yuxarı sinif şagirdlərini qətlə yetirən şəxsləri 10 və 9 il müddətinə azadlıqdan məhrum edib. Bu cinayət işi böyük əks-səda doğurub və ölənlərin birinin - David Saralidzenin atası Zaza Saralidze tərəfindən təşkil edilən və bütün ölkəni əhatə edən kütləvi etirazlara səbəb olub.
Z.Saralidze Tbilisidə iki məktəbin şagirdləri arasında baş verən kütləvi davada oğlunun saxlanılanlar tərəfindən yox, prokurorluğun qorumağa çalışdığı yüksək vəzifəli məmurların övladları tərəfindən 12 bıçaq zərbəsi ilə öldürüldüyün bildirib. Məhkəmə saxlanılan gəncləri elə həmin kütləvi davada digər yuxarı sinif şagirdi Levan Dadunaşvilini öldürməkdə günahkar bilib. Kütləvi etiraz aksiyaları fonunda Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.
Ardından Tiflisdə parlament binası qarşısında etiraz edənlər hökumətin istefasını və növbədənkənar parlament seçkilərinin təyin edilməsini tələb ediblər.
Digər xəbərlər
loading...