Azərbaycanda transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı müəyyənləşib
Modern.az-ın məlumatına görə, bununla bağlı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun 2-ci maddəsinə (Transplantasiya obyekti olan orqan və (və ya) toxumaların siyahısı ) dəyişiklik təklif olunur.
Dəyişikliyə görə, ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə-bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.
Bu Qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.
Qanuna dəyişiklik layihəsi Milli Məclisin Səhiyyə komitəsinin müzakirəsinə çıxarılır...
Digər xəbərlər
loading...